13 | Rəssam-heykəltəraş |
Çox qədim zamanlarda insanlar gili əzməklə müxtəlif formalara salmağın mümkün olduğunu aşkar etmişlər. Yapma sənətinin təməli belə qoyulmuşdur.
Xatırlayaq
Heykəltəraş kimə deyilir? Onun əsərləri necə adlanır?
Azərbaycanın tanınmış heykəltəraşlarından biri də Xalq rəssamı Cəlal Qaryağdıdır. O, əsərlərini döyüş və əmək qəhrəmanlarına həsr etmişdir.
Böyük Vətən müharibəsi qəhrəmanı Həzi Aslanovun portreti Lənkəranda ucaldılır. Sənətkar musiqi sənətinin görkəmli nümayəndələrindən olan Fikrət Əmirovun, Qara Qarayevin, Bülbülün, Rəşid Behbudovun da portretlərini məharətlə yaratmışdır.
Molla Pənah Vaqifin, Mirzə Ələkbər Sabirin və Nəriman Nərimanovun əzəmətli heykəlləri heykəltəraşın yaddaqalan əsərlərindəndir.
Azərbaycan heykəltəraşlıq məktəbinin formalaşmasında və inkişafında Cəlal Qaryağdının əvəzsiz xidmətləri olub. Heykəltəraşın əsərlərinə tək Bakıda deyil, ölkəmizin müxtəlif şəhər və rayonlarında da rast gəlmək olar.