Maral Rəhmanzadənin əsərləri bir çox ölkələrin muzeylərində, şəxsi kolleksiyalarda saxlanılır. Sənətkar dövlətimiz tərəfindən bir sıra mükafatlara layiq görülüb.
"Estakada". Maral Rəhmanzadə
A3 format ağ və ya qara rəsm vərəqi, qara flomaster, ağ və ya qara pastel təbaşirlər
"Neft daşları" mövzusunda qrafik rəsm çəkin. Rəsminizdə neft buruqları, mədənləri, dəniz mənzərəsini, buruq quraşdırıcılarının rəsmləri ilə maraqlı kompozisiya yaradın. Rəsmi ağ vərəqdə qara, qara vərəqdə ağ rənglə çəkin. Aşağıda verilmiş nümunələrdən istifadə edin.
• Qrafika əsərlərinin xüsusiyyətləri nədir?
• Neft daşlarında olmusunuzmu? Sizdə hansı təəssürat yaranıb?