Quaş, akvarel, rəngli karandaşlar və ya pastel təbaşirlər
Müxtəlif formalardan istifadə edərək güldan çəkin. Onu vərəqdə düzgün yerləşdirin və içinə də çiçəklər əlavə edin. Rəng vasitəsilə hansı materialdan hazırlandığını göstərin.
Naturadan güldanın rəsmini çəkərkən diqqətlə müşahidə aparın. Ardıcıllığa əməl etməklə onu çəkin:
Naturadan rəsm zamanı mərhələlərin ardıcıllığına əməl etmək vacibdir. Bu biliklərdən digər məişət əşyalarının çəkilməsində də istifadə edə bilərsiniz.
• Güldandan daha necə istifadə etmək olar?
• İnsanlar ağac, şüşə, gil və ya metaldan nələr hazırlayırlar?
Yeni sözlər
• Natürmort