10 | Rəngarəng mənzərələr |
Əsərdə hansı xətləri görmək olar?
Rəssam dağları və yolları hansı rənglərlə boyayıb?
Hansı əsərdə isti, hansında soyuq rənglər var? Onları sadalayın.
Mənzərələrdə uzaqda və yaxında nələr təsvir olunub?
Mikayıl Abdullayevin yaradıcılığı doğma Azərbaycan və onun gözəllikləri ilə bağlıdır. Onun təsvir etdiyi mənzərələr insanı rəngarəngliyi və əlvanlığı ilə heyran edir.
O, dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. Rəssamın əsərləri dünyanın bir sıra muzeylərində saxlanılır.
Quaş və ya akvarel
Əsas rəngli boyaları bir-birilə qarışdıraraq müxtəlif əlvan rənglər alın. Mənzərə çəkin. Dağları, yolları, çayları, ağacları bu rənglərlə boyayaraq rəngarəng mənzərə yaratmağa çalışın.
• Mənzərə təsvirlərinə harada rast gəlmək olar?
• Azərbaycanın hansı mənzərəli yerlərində olmusunuz?
Yeni sözlər
• Mənzərə