Plastilin və ya gil
Sevimli heyvan fiqurunu yapın. Verilmiş nümunələrdən istifadə etməklə heyvan fiqurunu yapa bilərsiniz.
Sənətkar məsləhəti
Bütöv plastilin kütləsindən heyvan fiqurunu yapmağa çalışın.
1. Plastilinlə heyvan fiquru yaparkən onun xüsusiyyətlərini müşahidə və müqayisə edin.
2. Rəng seçimini müəyyənləşdirin.
3. Plastilini dartmaqla, sıxmaqla, basmaqla ümumi kütləni hissələrə ayırın.
4. Fiqurun detallarını hazırlayın və hamarlamaqla dəqiqləşdirin.
• Heyvan fiquru hansı hissələrdən ibarətdir?
Yeni sözlər
• Animalistika • Animalist