9 Plastilin "nəyi bacarır"

İnsanlar qədim zamanlardan heyvanları təsvir edir, onların hərəkətinin çeviklik və gözəlliyinə heyran qalırdılar.

Quş, heyvan, balıq və həşəratların təsvirinə animalistika deyilir. Heyvanları təsvir edən rəssamı isə animalist adlandırırlar.

Çin animalistikasından nümunələr.

Rəngkarlıq

Rus animalistikasından nümunələr.

Qrafika

Heykəltəraşlıq

Rəssam Vasiliy Vatagin

Təsvirin yaradılması üsullarından biri də yapmadır. Yapma zamanı gil və plastilindən istifadə olunur. Plastilin yumşaq olduğu üçün nümunə üzərində düzəliş etmək asan olur.

Onunla iş zamanı lazım olan hissəni əsas kütlədən hamarlamaqla, basmaqla, dartmaqla ayırmaq lazımdır.