8 | Naturadan rəsm |
Rəssam ətraf aləmin gözəlliyini - canlı və cansız təbiəti həmişə öz rəsmlərində təsvir etməyə çalışır. Belə təsvirlərə naturadan rəsm deyilir. Rəssam qarşısında olan naturanın formasını, rəngini, hissələrini müşahidə və müqayisə edə bilir.
Naturadan rəsm zamanı öz oyuncaqlarınızdan istifadə edə bilərsiniz. Oyuncaqlar rəngarəng və müxtəlifdir - şən, məzəli, mülayim, düşündürücü və s.
Yadda saxlayın
Naturadan rəsm - qarşımızda olan varlıqların təsvir edilməsidir.
Sevimli oyuncağınızı çəkmək üçün əvvəlcə onun təsvirini vərəqdə düzgün yerləşdirin.
Rəssam oyuncağın təsvirini
hansı vərəqdə
düzgün yerləşdirilmişdir?