7 | Simmetriya |
Rəssam varlıqları təsvir edərkən onların əsas xüsusiyyətlərini nəzərə alır. Rəsmdəki kəpənəyin mərkəzindən keçən xətt onu iki eyni hissəyə bölür. Əgər kəpənəyin təsvirini ortadan qatlasaq, hər iki qanadı üst-üstə düşər. Qanadlar güzgüdə olan əksə bənzəyir. Qatlanma xətti simmetriya oxu adlanır.
Bu əşyalar isə simmetrik deyil. Onların bir tərəfi digərindən formasına, ölçüsünə və başqa xüsusiyyətlərinə görə fərqlənir.