6 | Naxış və ornamentlər |
Təbiət özünü hər zaman bəzəyir! Yarpaqlar, çiçəklər çox gözəldir! Təbiətdə mövcud olan forma və materiallardan istifadə etməklə insanlar da ərtafı gözəlləşdirməyə çalışırlar. Müxtəlif əşyaları bəzəmək üçün rəssam həndəsi fiqurlardan, gül və yarpaqlardan naxış və ornamentlər fikirləşir.
Təkrarlanan naxışa ornament deyilir. Ornament qab-qacağı, geyimi, xalçaları bəzəyir.
Ornamentin elementləri çox zaman zolaqda yerləşir. Belə kompozisiya əşyaların kənarına gözəllik verir.