A3 format rəsm vərəqi, quaş və ya akvarel, palitra
İsti və soyuq rənglərdən ibarət bir rəsm çəkin. Rəsm vərəqini ortadan şaquli xətlə ayırın. Xəttin bir tərəfində isti, digərində isə soyuq rənglərdə olanları çəkin. Əsas rəngləri qarışdıraraq qarışıq rənglər almaq olar. Rənglər və rəsm nümunəsi ilə tanış ola bilərsiniz.
• İsti, yaxud soyuq rənglər insanda hansı ovqat yaradır?
• İsti və soyuq rənglərə dair nümunələr göstərin.
Yeni sözlər
• İsti rənglər • Soyuq rənglər • Çalar