21

Vurma cədvəli

Araşdırma -
müzakirə
OYUN
Oyunçu sayı: 2 və daha çox.
Hər oyunçu üçün ləvazimat:
Şəkildə təsvir olunan cədvəl.
Hər birində 1-dən 5-ə qədər ədədlər yazılmış qırmızı və göy rəngdə kartlar.
Oyunun qaydası:
1. Kartlar üzüaşağı qoyulur və qarışdırılır.
2. Oyunçu bir qırmızı və bir göy kart açır.
3. Qırmızı kart birinci, göy kart isə ikinci vuruğu bildirir.
Açar sözlər
  1. vurma cədvəli
  2. sətir
  3. sütun
Oyunçu bu ədədlərin hasilini tapır, cədvəldə uyğun sətir və sütunun kəsişdiyi xanaya yazır.
4. Açılmış kartlar kənara qoyulur və qurtarana qədər oyun davam edir.
Cavabları düzgün tapan oyunçu qalib gəlir.
Öyrənmə
Ədədlərin hasilini daha tez tapmaq üçün vurma cədvəlindən istifadə etmək olar.
Məsələn, 3 ⋅ 9 hasili cədvəldən belə tapılır:
Birinci sütundan 3, birinci sətirdən isə 9 ədədləri tapılır.
Uyğun sətir və sütunların kəsişdiyi xanada bu ədədlərin hasili yerləşir:
3 ⋅ 9 = 27
Vuruqların yerini dəyişəndə hasil dəyişmir:
9 ⋅ 3 = 27
Nə üçün 2-ci sətir və 2-ci sütunda yalnız sıfırlar yerləşir?
8-ci bölmə • Vurma və bölmə