|
“Mişar”
|
Musiqisi Ağabacı Rzayevanın,
sözləri Cahangir Məmmədovundur. |
Birinci bənd
|
İkinci bənd
|
Üçüncü bənd
|
Lazım olan şeyləri
Arif yığdı yanına. Evcik tikmək istədi Balaca Toplanına. |
Neçə yol ölçdü, biçdi,
Yorulmadan çalışdı. Öz sevimli işinə Başı yaman qarışdı. |
Ətrafda nə vardısa,
Görünmədi gözünə. Evcikdən çıxmaq üçün Yer qoymadı özünə. |
Nəqərat
|
Nəqərat
|
Nəqərat
|
Ay mişar, tələs, mişar,
Taxtanı tez kəs, mişar. |
Ay mişar, tələs, mişar,
Taxtanı tez kəs, mişar. |
Ay mişar, tələs, mişar,
Taxtanı tez kəs, mişar. |
|
“Mişar” mahnısını müəllimin dirijorluğu ilə ifadəli oxuyun.
|
Ağabacı Rzayeva Azərbaycanın ilk peşəkar qadın bəstəkarlarından biridir. Onun yaradıcılığında uşaq mahnıları geniş yer
tutur. Uşaqlar “Gəl, gəl, a yaz günləri!”, “Göyərçinim”, “Kukla”, “Sabahın ustaları”, “Mişar” kimi mahnıları böyük həvəslə
oxuyurlar.
|
|
|