|
“Nənəm evdə qalıb tək” mahnısını f və p dinamik çalarları ilə kanon ifa edin.
“Hərəkətli kanon” |
Oyunun qaydaları: Sinif iki qrupa
bölünür: böyük qrup (1-ci səs), kiçik
qrup (2-ci səs). Hər qrup bir dairə
yaradır və iç-içə iki dairədə düzülür.
Qrup üzvləri əl-ələ tutub dairədə
hərəkət edərək mahnını oxuyur:
böyük qrup p, kiçik qrup f dinamik
çaları ilə. Hər “dairə” yalnız öz ifası
zamanı hərəkət etməyə başlayır.
Oyunda uşaqlar bir-birini dinləməli
və musiqinin ritminə uyğun hərəkət
etməlidirlər.
|
|
“Şəlalə” Azərbaycan xalq rəqsi
|
|
Mətndəki obrazları rəqs hərəkətləri ilə təsvir edin.
|
“Şəlalə”
Təbiətin gözəl bir yerində, hündür dağların arasından şəlalə axırdı. Yaxın kəndlər şəlalənin
suyundan istifadə edirdi. Uşaqlar şəlaləyə tez-tez gedirdi. Onlar şəlalənin yaxınlığında oynayıb rəqs
edir, evlərinə qayıdanda isə səhənglərində su aparırdılar. Çünki su həyatdır!
|
Musiqi obrazlarını müəyyən etmək üçün sizə hansı üsul daha asan oldu?
|
|