|
“Qərənfil”
|
Musiqisi Səid Rüstəmovun,
sözləri Mirmehdi Seyidzadənindir. |
Birinci bənd
Qərənfilim açıb qönçə, Yarpaqları incə-incə. Ətir yayır hər tərəfə Bağçamızda meh əsdikcə. |
İkinci bənd
Var bağçada hər rəng çiçək, Qərənfilim gözəl, göyçək. Gülür bağda bahar çağı, Söyləyir, gəl, ətrimi çək. |
Üçüncü bənd
Bağda gördüm hər rəngini, Sevdim gülün qəşəngini. Mən ətrindən aldım onun, Bu nəğmənin ahəngini. |
|
“Qərənfil” mahnısını dirijorluq edərək oxuyun.
|
|
“Quzum” Azərbaycan xalq mahnısı
|
|
“Quzum” mahnısını kartlarda verilmiş hərəkətlərlə müşayiət edin.
|
|
|
Dərsdə ölçü haqqında yeni nə öyrəndiniz?
|
|