|
"Qatar”
|
Musiqisi Fikrət Əmirovun,
sözləri Zeynal Cabbarzadənindir. |
Birinci bənd
|
İkinci bənd
|
Qatar gəlir uzaqdan,
Taq-taq, taq-taq, taq-taq-taq. Gözləyirəm bayaqdan, Taq-taq, taq-taq, taq-taq-taq. Tələs, tələs, ay qatar, Yel kimi əs, ay qatar. Tələs, tələs, ay qatar, Yel kimi əs, ay qatar. |
Yol gəlir gündüz-gecə,
Taq-taq, taq-taq, taq-taq-taq. Ürəyim vurur necə, Taq-taq, taq-taq, taq-taq-taq. Atam gəlir səfərdən, Gözləyirəm səhərdən. Yaxınlaşır qatar bax, Taq-taq, taq-taq, taq-taq-taq. |
|
“Qatar” mahnısının əhvali-ruhiyyəsinə görə kartdakı simanı seçin.
|
|
|
“Qatar” mahnısını xarakterinə uyğun oxuyun.
|
Fikrət Əmirov dünya şöhrətli
Azərbaycan bəstəkarıdır. O, uşaqlar
üçün rəngarəng musiqi əsərləri
yazmışdır. Fikrət Əmirov “Bahar gəlir”,
“Qatar”, “Quşlar”, ”Bizim həyət” və
başqa mahnıların müəllifidir.
|
|
Fikrət Əmirov haqqında bildiklərinizi çərçivələrdə qeyd edin..
|
|