|
Ritm səs və pauzaların müəyyən ardıcıllıqla təkrarlanmasıdır.
Pauza musiqinin səslənməsində fasilədir.
|
|
“Qaliblər mahnısı”
|
Musiqisi Qəmbər Hüseynlinin,
sözləri Ələkbər Ziyatayındır. |
Birinci bənd
Bizi dağlar qartalıtək böyüdən Bir anasan, ey doğma yurd, ey Vətən! Öz mahnını öyrədirsən bizə sən, Qaliblərin mahnısıdır bu mahnı. |
İkinci bənd
Bu mahnıyla ötür aylar, fəsillər, Ağ günlü bir dünya qurur nəsillər. Qulaq verin, ellər, ellər, ay ellər, Qaliblərin mahnısıdır bu mahnı. |
Üçüncü bənd
Bu mahnıyla, uşaqlar, ay uşaqlar, Dərs oxuyub, boy atırıq bəxtiyar! Qoy deyirik – bilsin yaxın-uzaqlar, Qaliblərin mahnısıdır bu mahnı. |
|
“Qaliblər mahnısı”nı ritmik şəklinə görə zərb musiqi alətlərində müşayiət edin.
|
2 dəfə
|
|
“Qaliblər mahnısı”nın birinci bəndini xarakterinə uyğun oxuyun.
|
Dərsdə ritm haqqında yeni nə öyrəndiniz?
|
|