MUSİQİ RİTMLƏRİ
Musiqinin ritmini necə göstərmək olar?
Bizi əhatə edən aləmdə müxtəlif ritmlər var: ürək döyüntüsü, gecə və gündüzün əvəzlənməsi, fəsillərin dəyişməsi və s. Musiqi də ritmsiz olmur. Ritm musiqi ifadə vasitələrindən biridir. Uzun və qısa səslər, pauzalar müəyyən ardıcıllıqla təkrarlanır və nəticədə müxtəlif ritmik şəkillər yaranır. Çox vaxt musiqinin xarakterini, janrını onun ahəng, oynaq və marş ritminə görə müəyyən etmək olur.
Ürək döyüntüsünü dinləmək üçün
NOT
PAUZA
ÇƏRƏK
SƏKKİZLİK
“Cücələrim”
Musiqisi Qəmbər Hüseynlinin,
sözləri Tofiq Mütəllibovundur.

Ritmik şəkil: “Cücələrim”
Cip - cip cü - cə - lə - rim, Cip - cip - cip - cip cü - cə - lə - rim.