Musiqi aləmi çox zəngindir. Bu aləmin gözəlliyini başa düşmək üçün musiqi ifadə vasitələrini bilmək lazımdır.
|
MELODİYA VƏ
İNTONASİYA
|
Hər bir musiqi əsərinin melodiyası var. Melodiya
musiqi ifadə vasitəsidir. Onun hərəkəti qalxan və
enən olur. Melodiyada xarakter və ayrı-ayrı hissləri
müxtəlif intonasiyalar əks etdirir. Nitqimizdə olduğu
kimi, musiqidə də sual, nida, təsdiq, mehriban,
inandırıcı, təəccüb və s. intonasiyalar vardır.
|
|
“Cücələrim”
|
Musiqisi Qəmbər Hüseynlinin,
sözləri Tofiq Mütəllibovundur. |
Cip-cip cücələrim,
Cip-cip-cip-cip cücələrim, Mənim qəşəng cücələrim, Tükü ipək cücələrim. Birinci bənd Gözləyirəm, tez gəliniz, Göy çəməndə dincəliniz. |
Nəqərat
Ay mənim cücələrim, Ay mənim cücələrim, Mənim göyçək cücələrim. Cip-cip cücələrim, Cip-cip-cip-cip cücələrim, Mənim qəşəng cücələrim, Tükü ipək cücələrim. |
İkinci bənd
Gəlin sizə yemək verim, Mən su verim, çörək verim. Nəqərat Üçüncü bənd Arzum budur boy atasız, Ananıza tez çatasız. Nəqərat. |