|
“Sadiq olaq Vətənə”
|
Musiqisi və sözləri
Oktay Zülfüqarovundur. |
Birinci bənd
Azad etdi Vətəni Xalqımızın qüdrəti. Tarixlərdə yaşasın Azəri, türk milləti. |
İkinci bənd
Sevək işi, zəhməti, Ağ günlərə yol olsun. Əkək, quraq, yaradaq, Sərvətimiz bol olsun. |
Nəqərat
Babalartək hər zaman Sadiq olaq Vətənə. Zəfər çalaq, ucalaq, Qalib gələk düşmənə. |
Nəqərat
Babalartək hər zaman Sadiq olaq Vətənə. Zəfər çalaq, ucalaq, Qalib gələk düşmənə. |
|
“Sadiq olaq Vətənə“ mahnısını müəllimin dirijorluğu ilə ifadəli oxuyun.
|
|
“Sadiq olaq Vətənə” mahnısının xarakterinə uyğun rəqs edin.
|
Dərsdə səslənən mahnı və rəqsi hansı tədbirlərdə ifa edərdiniz?
|
|