Azərbaycan xalq rəqsləri olduqca rəngarəngdir. Rəqslərimiz xalqımızın
milli xüsusiyyətini, həyat və məişətini özündə əks etdirir.
|
Şəfiqə Axundova Azərbaycanın görkəmli
bəstəkarıdır. Onun əsərləri ölkəmizdə geniş yayılmışdır. Bəstəkar uşaqlar üçün
“Zəfər bizimdir”, “Əziz müəllim”,
“Doğma məktəb”, “Üzümçülər” və başqa mahnılar da yazmışdır.
|
|
Verilmiş sözlərdən istifadə edib cümlə qurun.
yazıb, Şəfiqə Axundova, bəstəkar, əsərlər, uşaqlar
|
|
“Üzümçülər”
|
Musiqisi Şəfiqə Axundovanın,
sözləri Cavad Cavadlınındır. |
Birinci bənd
Qara şanı qara gözüm, Göy tənəkdə düzüm-düzüm, Becərmişəm onu özüm. Hər tənəyi bir qanadım, Üzümçüdür mənim adım. |
İkinci bənd
Gilələri sarı, ağdır, Salxımları çilçıraqdır, Süfrələrə axacaqdır. Hər yaşıl bağ bir muradım, Üzümçüdür mənim adım. |
|
“Üzümçülər” mahnısını oxuyarkən üzüm yığımını rəqs hərəkətləri ilə göstərin.
|
Daha hansı əmək növlərini rəqsdə təsvir edərdiniz?
|
|