|
“Laylay”
|
Musiqisi Oqtay Zülfüqarovun,
sözləri Teymur Elçinindir. |
Birinci bənd
Laylay, mənim kukla balam, a laylay, Laylay dedim, yuxula balam, a laylay, Məstan yatdı, tez yat, laylay, a laylay, Yer də saldım rahat, laylay, a laylay.
İkinci bənd
Laylay dedim, sən baxmadın sözümə, Laylay dedim, yuxu gəldi gözumə. Gərək mən də yatam, laylay, a laylay. Desin anam, atam, laylay, a laylay. |
|
“Laylay” mahnısını müəllimin dirijorluğu ilə ifadəli oxuyun.
|
Oqtay Zülfüqarov Azərbaycanda uşaq
mahnılarının bəstəkarı kimi tanınır.
O, uşaqlar üçün gözəl və maraqlı mahnılar
yaratmışdır. Bəstəkarın “Ana laylası”,
“Laylay”, “Gözəl Vətən”, “Qonaqlıq”,
“İdman” və digər mahnıları dillər əzbəridir.
|
|
Oqtay Zülfüqarovun mahnılarının adlarını tapmaq üçün krossvordu həll edin.
|
1. Sağlamlıq üçün edilən hərəkətlər
2. Körpələri yatızdırarkən oxunan nəğmələr 3. Ad günündə insanların bir yerə yığışması |
|