Calculator proqramında sizə gələcəkdə lazım olacaq başqa riyazi
əməlləri də yerinə yetirmək olar. Bu məqsədlə proqramın
pəncərəsini genişləndirmək lazımdır.
Tapşırıq
1 Calculator proqramında işləmək üçün klaviaturanın
hansı klavişlərindən istifadə etmək olar?
2 Calculator proqramında verilmiş düymələri ardıcıl çıqqıldatdıqda hansı cavab alınar?
3 Cib kalkulyatoru və kompüterdəki Calculator proqramının
oxşar və fərqli cəhətlərini söyləyin.