Kompüterdə şəkil çəkmək və onu dəyişdirmək üçün qrafik redaktor adlanan proqramlardan istifadə olunur.
Belə redaktorlardan biri də Paint proqramıdır.
Rəsm üçün lazım olan alətlər alətlər qutusunda yerləşir. Ondan bir qədər sağda rənglər qutusu, yaxud palitra yerləşir. Rənglər qutusundan alətlərin rəngi və qapalı sahəni boyamaq üçün rənglər seçilir.
Çoxbucaqlı (üçbucaqlı, beşbucaqlı və s.) fiqurlar çəkmək üçün alətindən istifadə etmək olar. Həmin alət qrupunda yerləşir. aləti seçilərək iş sahəsində əvvəlcə düz xətt çəkilir, sonra isə lazım olan yerlərdə nöqtələr qoyulur.