Mətnin müəyyən şəklə salınması mətnin formatlanması adlanır.
Mətni seçdirmək üçün siçanın göstəricisini lazım olan hissənin əvvəlinə gətirin. Sol düyməni basılı saxlayaraq siçanı seçdiriləcək hissənin axırına doğru hərəkət etdirin.
Kompüterdə mətni formatlamaq üçün müəyyən alətlər var. Bu alətlərin bir hissəsi mətn redaktorunun alətlər zolağında yerləşdirilib.