Mətnlərlə işləmək üçün müxtəlif proqramlar vardır. Belə proqramlar mətn redaktoru adlanır. Onlardan biri də WordPad proqramıdır.
WordPad mətn redaktorunun baş pəncərəsi
Yazılan mətnlər pəncərənin iş sahəsində əks olunur. Klaviaturada hərf və ya rəqəm klavişini basdıqda klavişə uyğun simvol kompüterə daxil edilir. Həmin simvol monitorun ekranında da görünür.