Kompüterə mətn klaviatura vasitəsilə daxil edilir. Mətndə hərflərin, sözlərin, yaxud sətirlərin yerlərini dəyişdirmək üçün siçan qurğusundan istifadə etmək əlverişli olur. Siçandan istifadə etməklə qrafikanın və şəkillərin də yerlərini dəyişdirmək olar.
Siçan
Göstərici
Çıqqıltı
Sağ çıqqıltı
İkiqat çıqqıltı
Obyektin şeçdirilməsi
Siçan qurğusu ilə işləyərkən ekranda gördüyünüz kiçik ox siçanın göstəricisi adlanır. O, siçanın bütün hərəkətlərini ekranda əks etdirir.
Siçanın düyməsinin basılmasına çıqqıltı deyilir. Adətən, çıqqıltı dedikdə sol düymənin basılması nəzərdə tutulur. Sağ düymənin basılması isə sağ çıqqıltı adlandırılır. Sol düymənin iki dəfə fasiləsiz basılmasına ikiqat çıqqıltı və ya qoşa çıqqıltı deyilir.
Siçanı masanın üzərində hərəkət etdirməklə (gəzdirməklə) ekranda obyektləri göstərmək olar.
Obyekti seçdirmək üçün siçanın göstəricisini obyekt üzərinə gətirib sol düyməni bir dəfə basmaq lazımdır.
Klaviaturada Azərbaycan əlifbasının bütün hərflərinin yerini tapın.