Bəzən fikri inkar etmək üçün “deyil” sözündən istifadə etmək olar.
1 Şəklə baxıb, yalan fikirləri tapın.
a) Kvadrat iki hissəyə bölünüb.
b) Kvadrat üç bərabər hissəyə bölünüb.
c) Kvadrat üç müxtəlif üçbucağa bölünüb.
2 Verilmiş mülahizələrin inkarını söyləyin.
– Kitab masanın üstündədir.
– Rəna məktəbə gedir.
– Bütün meyvələr qırmızıdır.
– Quşların hamısı uça bilir.
3Aydın, Ramiz və Nigar üçün sarı, göy və yaşıl rəngdə təzə köynək aldılar. Aydının köynəyi nə göy, nə də sarıdır. Ramizin köynəyi sarı deyil. Hər uşağın köynəyini tapın.