1 Qayğanaq bişirmək üçün hərəkətlər ardıcıllığını söyləyin.
2 |
“AYNA” sözündəki hərfləri ardıcıl yazmaq alqoritmini addımlarla
söyləyin. Suallara cavab verin:
a) 1 və 2-ci addımların yerini dəyişsəniz, hansı ad alınar? |
3 “Qapının qıfılının açılması” alqoritmindəki yanlışlıqları düzəldin.
1. Açarı cibinizdən çıxarın
2. Açarı qıfıla salın
3. Açarı qıfıldan çıxarın
4. Açarı saat əqrəbi hərəkətinin əks
istiqamətində fırladın
5. Qapını açın
4“Ev tapşırığının yerinə yetirilməsi” alqoritmində hərəkətlərin düzgün ardıcıllığını söyləyin.
a) Çantanı açın
b) Dərsi hazırladıqdan sonra və dərslikləri çantaya qoyun
c) Tapşırığı gündəlikdən oxuyun
d) Tapşırığı yerinə yetirin
e) Dərslikləri, dəftərləri və gündəliyi çantadan çıxardın
f ) Dərsliyi və dəftəri açın