Qədim zamanlarda insanlar informasiyanı daşlarda, gil lövhələrdə, qurudulmuş heyvan dərisi üzərində və başqa əşyalarda yazmaqla saxlayırdılar.
Bunun üçün şəkillərdən, simvollardan istifadə edilirdi.
İnformasiya daşıyıcıları
İnformasiyanın saxlanması
Elektron informasiya daşıyıcıları
Hər bir informasiya müxtəlif yerlərdə saxlanıla bilər. İnformasiyanı saxlamaq və ötürmək üçün istifadə olunan daş, taxta, lövhə, kağız və başqa obyektlər informasiya daşıyıcıları adlanır.
Musiqini not dəftərində, audiokasetlərdə, optik disklərdə saxlamaq olar. Bunlar musiqi informasiyasının daşıyıcılarıdır.
Kompüterdə informasiyanı saxlamaq və başqalarına ötürmək üçün elektron informasiya daşıyıcılarından istifadə olunur.