Şəkillərdə təsvir edilən vəziyyətlər haqqında danışın. Ailədə təhsiliniz, əyləncəniz, maraqlarınızla bağlı qərar verilərkən sizin fikriniz öyrənilirmi? Səbəbini izah edin.
Ailənizdə hansı xüsusi günlər qeyd edilir? Bunu nə üçün ailə ənənəsi adlandırırlar?
Ailədəki vəzifələrinizi sadalayın.
“Mənim ailəm məni qoruyur” fikrinə münasibət bildirin.
Dünyada elə xalqlar var ki, ailə dedikdə həm də dayı, bibi, xala, əmi və onların övladlarını nəzərdə tutur. Məsələn, hindli ailələr belədir.
Ailə kökünüzlə bağlı doğmalarınızla söhbət edin. Babanız, babanızın babası haqqında məlumat öyrənin. Bunu ailə albomlarına baxaraq da edə bilərsiniz.
Birlikdə yaşayan və bir-birinə doğma olan insanlara
ailə deyilir. Bu insanları bir-birinə qohumluqdan
başqa, sevgi, qayğı, hörmət hissləri bağlayır. Ailə
üzvləri birlikdə çalışmağı və istirahət etməyi sevirlər.