2. Sürücünün sürət həddini aşması nəyə səbəb ola bilər?
3. Zəlzələlər nəyə səbəb ola
bilər?
4. Bütün qəzalar nəyə səbəb
ola bilər?
a. Binaların uçmasına
b. İnsan tələfatına
c. Avtomobilin aşmasına
d. Partlayışa
BİRLİKDƏ EDƏK
Yanğın baş verərsə, necə
rəftar etməli olduğumuzu
müəyyənləşdirək. Əməl
edəcəyimiz əsas qayda
hansıdır?
Dünyada baş verən texnogen
qəzalardan biri də Çernobil
qəzasıdır. Bu qəzadan sonra
şüalanma nəticəsində
minlərlə insan ziyan çəkmiş,
böyük ərazilər yararsız hala
düşmüşdür.
Yanğın zamanı tüstüdən qorunmaq üçün istifadə edilən
əsas vasitə hansıdır?
Təbii fəlakətlər və qəzalar zamanı təmkinli olmaqla, qaydalara
əməl etməklə vəziyyətdən çıxmaq mümkündür.