tapşırıqlar
Qeyd edilənləri sağlamlığımız
üçün “Xeyirlidir” və
“Ziyanlıdır” başlıqları altında
qruplaşdıraq. Siyahını özünüz
davam etdirin.
- Hər gün 1 saat havada olmaq;
- Çoxlu təmiz su içmək
- Şirniyyatdan çox istifadə etmək;
- Rəqslə məşğul olmaq;
- Yedikdən sonra yatmaq;
- Gigiyena qaydalarına əməl etmək
- 8 saatdan artıq yatmaq;
- Dişləri fırçalamaq.
Gülüş və xoş əhval insan ömrünü
uzadan və sağlamlığına
müsbət təsir edən ən güclü
vasitədir.
Xəstələndikdə asqıran, öskürən zaman başqalarını yoluxdurmamaq
üçün aşağıdakı hansı davranışları düzgün
hesab edirsiniz?
Uzun müddət telefon və kompüterə baxmaq nə üçün sağlamlığınıza
ziyan vurur?
Sağlamlığını qorumaq üçün insan düzgün qidalanmalı,
yuxu rejiminə və gigiyena qaydalarına əməl etməlidir.