tapşırıqlar
Şəkildə təsvir
edilmiş vəziyyətlə
sağlamlığımız arasında
hansı əlaqə
var? Fikirlərinizi
bildirin. Nə üçün
səmimi ünsiyyət
sağlamlığa müsbət
təsir göstərir?
Sağlam olmaqla yaxşı əhvali-ruhiyyədə olmaq arasında
hansısa bağlılıq varmı?
Hər gün etməli olduğunuz hansı gigiyena qaydalarını
bilirsiniz? Onları vərdiş halına gətirmək üçün nə etmək
lazımdır?
Yoluxucu xəstəliklər haqqında nə bilirsiniz? Onlardan necə
qorunmaq olar?
Peyvənd haqqında nə bilirsiniz? Peyvənd olunmaq nə
üçün vacibdir?
İsti yay günü üçün bu geyimlərdən hansını seçərdiniz? Sizcə,
nə üçün sağlamlığınız həm də geyimlərinizdən asılıdır?