1-ci mərhələ. Qruplara bölünün. Hər qrup öz rəhbərini müəyyənləşdirsin.
2-ci mərhələ. 4 nəfərlik ailənin bayram keçirməsi üçün büdcədəki pulu nəyə
xərcləyəcəyini müzakirə edin.
3-cü mərhələ. Müəyyən etdiyiniz xərclərin adını iş dəftərinə yazın. Uyğun
şəkillərlə fikrinizi əsaslandırın.
4-cü mərhələ. Nəzərdə tutduğunuz bütün işlər üçün tələb edilən pulun
təxmini məbləğini hesablayın.
5-ci mərhələ.Sizə verilən pulla bu məbləğ arasında necə bir fərq yarandığını
müəyyənləşdirin. Xərciniz büdcədəki puldan çox alınırsa, nəyə qənaət edə
biləcəyinizi müzakirə edin. Nəticə çıxararaq hansı qrupun bayram xərcləri
üçün büdcəni daha yaxşı idarə etdiyini müəyyənləşdirin.