tapşırıqlar
Ailə büdcəsindən pul xərclənən zaman əvvəlcə hansı tələbatlar
nəzərə alınmalıdır?
Qənaət nədir, necə edilməlidir? “İsrafçılıq” anlayışı ilə “qənaət”
anlayışı arasında necə əlaqə olduğunu müəyyənləşdirin.
Gündəlik cibxərcliyi hansı məqsədlər üçün nəzərdə tutulur?
Daha böyük xərc tələb edən məqsədlərə çatmaq istəsəniz, nə etməlisiniz?
Birlikdə ailə büdcəsi tərtib
edək. Gözlənilməz və gözlənilən
xərcləri müəyyənləşdirək
və 6 nəfərlik ailənin bir ay
ərzində xərcləyə biləcəyi məbləği
tapaq.
Gəlir |
Xərc |
Ata 250 manat |
yemək: |
Ana 200 manat |
kommunal: |
Baba 120 manat |
gözlənilməz: |
Nənə 130 manat |
gözlənilən: |
Cəmi: |
Cəmi: |
İnsanlar marketə getdikləri
zaman ancaq lazım olanların
siyahısını yazmaqla və
əlavə heç nəyə pul xərcləməməklə
ailə büdcəsinə
qənaət edə bilərlər.
Gündəlik həyatınızda şəkillərdə göstərilənlərdən hansından
istifadəni azaltmaqla qənaət edə bilərsiniz?
Büdcə ailəyə daxıl olan gəlir və nəzərdə tutulan
xərcləri əhatə edir. Xərclərə qənaət etmək və israfçılığa
yol verməməklə büdcəni daha yaxşı idarə etmək olar.