tapşırıqlar
Bütün Azərbaycan pullarının üzərində hansı təsvir əks
edilib? Pullarımızın üzərindəki hansı təsvirlər sizdə maraq
doğurub?
Nə üçün pulu cırmaq, yazmaq, üzərində şəkil çəkmək olmaz?
Azərbaycanda alış-veriş hansı pullarla aparılır? Bu zaman
başqa dövlətlərin pullarından istifadə edilə bilərmi?
Bu şəkillərin hansı əsginaslar
üzərində təsvir edildiyini tapaq
və onları cəmləyək. Nə qədər
alındı?
|
İlk kağız pullar hələ 3 min
il əvvəl Çində yaradılıb.
|
Şəkildə göstərilənlərin hər biri üçün sizə nə qədər
pul lazım ola bilər? Bəs hamısını almaq istəsəniz?
Sizcə, cibxərcliyiniz nə zaman buna yetər?
Hər bir dövlətin öz pulu olur. Azərbaycanın pul
vahidi manatdır.