1-ci mərhələ. Əvvəlcə sualları cavablandırın: “Kompas bizə nə üçün lazımdır?”,
“Üfüqün neçə cəhəti var?” və s.
2-ci mərhələ. Qruplara bölünün. Qruplarınıza rəhbər seçin.
3-cü mərhələ. Qrup rəhbəri müəllimə yaxınlaşaraq hərəkət xəritəsini və
kompası götürsün.
4-cü mərhələ. Xəritədəki göstərişlərə əməl edərək, kompasdan istifadə
etməklə sandığın yerini tapmağa çalışın. Göstərişlər “İki addım şərqə”, “Üç
addım şimala”, “Beş addım cənuba” şəklində veriləcək. Bu zaman kompasdan
da istifadə edin.
5-ci mərhələ.Sandığı tapın. Sizcə, onun içindən nə çıxacaq?