Hansı şəkillərdə təbiətə
vurulan ziyan təsvir
edilmişdir? Nə üçün
belə hesab edirsiniz?
Bakıda Heydər Əliyev Fondunun
təşəbbüsü ilə “Tullantıdan
sənətə” adlı muzey yaradılıb.
Burada ancaq tullantılardan
hazırlanan sənət nümunələri
nümayiş etdirilir.
BİRLİKDƏ EDƏK
Qutuya müxtəlif əşyaları dolduraraq
sərf etdiyimiz vaxtı ölçək. Sonra
həmin əşyaları çıxarıb yerlərinə qoyaq.
Bunun üçün sərf etdiyimiz vaxtı
müəyyənləşdirək. Sizcə, nə üçün
ikinci işə daha çox vaxt getdi?
Çaylara, dənizlərə çirkab suları axıtmaq, havanı çirkləndirmək
olmaz! Bununla ətraf mühitə böyük ziyan vurulur.