tapşırıqlar
|
YADDAŞ
KARTI
|
Günəşin çıxdığı yer Şərq, batdığı yer Qərbdir.
|
|
Kompas haqqında bildiklərinizi danışın.
Üfüqün hansı cəhətləri bir-birinə əks tərəfdə yerləşir?
Meşədə olduğunuz zaman Şimal və Cənubu tapmaq üçün
hansı təbii vasitələrdən istifadə edə bilərsiniz?
Dairə quraq, bir-birimizdən
cənubda, şimalda, şərqdə və
qərbdə duranları tapaq. Sonra
sinifdə şimalda, şərqdə, cənubda
və qərbdə olan əşyaların
siyahısını tutaq.
Kompas ilk dəfə Çində ixtira
edilib. O, müasir kompasdan
fərqli idi.
Ağacların üstünə yağan qar bütün tərəflərdə eyni cür
ərimir. Sizcə, o daha çox hansı tərəfdə əriyə bilər?
Üfüqün 4 cəhəti var. Günəş Şərqdə çıxır, Qərbdə
isə batır. Üzü Günəş çıxan tərəfə dayandıqda sol
tərəfimiz Şimalı, sağ tərəfimiz Cənubu göstərir.