tapşırıqlar
Yaşadığınız ərazidə və ölkəmizdə hansı coğrafi obyektləri
tanıyırsınız? Onlar haqqında bildiklərinizi danışın.
Sizcə, dəniz və çayı bir-birindən fərqləndirən əsas xüsusiyyətlər
hansıdır?
Hansı dənizlər, çaylar haqqında eşitmisiniz? Onların hansı
Azərbaycandadır?
Müxtəlif coğrafi obyektlərin
maketini hazırlayaq və onları
bir-birindən fərqləndirək.
Gəncədə baş vermiş zəlzələ
zamanı Kəpəz dağı uçaraq
Ağsu çayının qarşısını kəsib.
Nəticədə məşhur Göygöl və
daha yeddi göl yaranıb.
Dağ, təpə və dərə bir-birindən nə ilə fərqlənir? Azərbaycanda
hansı dağ adlarını eşitmisiniz?
Yer kürəsi dağlar, dərələr, göllər, çaylarla zəngindir.
Təbiət hadisələri nəticəsində o, daim
dəyişikliyə uğrayır.