tapşırıqlar
Şəkillərdə bir buluddan
qar, digərindən isə
yağış yağır. Sizcə, bunun
səbəbi nədir?
Böyüdücü şüşə altında buza
baxaq, ərimə prosesini izləyək.
Sonra suyun qaynama, buxarlanma
prosesini müşahidə edək.
Təbiətin çox qəribə möcüzələri
var. Məsələn, qar dənəcikləri
bir-biri ilə eyni olmur.
Böyüdücü şüşə altında
baxdıqda onların hər birinin
çox fərqli naxışlara malik
olduğunu görə bilərsiniz.
Təbiətdə suya harada rast gəlirsiniz? Havadakı buludlar,
sizcə, nədən yaranır?
Su dövranının baş verməsi nədən asılıdır? Əgər təbiətdə
su dövranı olmasaydı, nə olardı?
Günəşin istisi ilə su dənizlərdən, okeanlardan
buxarlanıb havaya qalxır, bulud əmələ gətirir,
yağıntı kimi yerə qayıdır.