tapşırıqlar
Köçəri quşların hərəkəti hansı fəsillərlə əlaqədardır?
Quşların köç etməsinin səbəbi nədir?
Yağış, əsasən, hansı fəsillərdə daha çox yağır? Bu fəsilləri
hansı xüsusiyyətlərinə görə fərqləndirmək olar?
Termometrdən istifadə edərək
əvvəlcə stəkanlardakı suyun,
daha sonra havanın istilik və ya
soyuqluq dərəcəsini ölçək.
Yer üzündə elə ölkələr var
ki, orada il ərzində havalar
isti keçir. Məsələn, Maldiv
adaları, Malayziya və s.
“Qış yuxusuna getmək” dedikdə nə başa düşürsünüz?
Sizcə, hansı heyvanlar qış yuxusuna gedir?
Yer planetində 4 fəsil mövcuddur. Fəsillərdən asılı
olaraq, havanın temperaturu da, təbiət də dəyişir.