tapşırıqlar
Hava və su haqqında bildiklərinizi danışın. Sizcə, sular neçə
cür olur və canlıların yaşaması üçün hansı daha vacibdir?
Canlılar yaşamaq üçün seçdikləri yeri hansı xüsusiyyətlərinə
görə müəyyən edirlər?
Heyvanları plakatlarda yazılanlara
uyğun qruplaşdıraq və mühitləri
haqqında bildiklərimizi
danışaq.
Dələ çox yaxşı “bağban”dır.
Onun unutduğu toxumlardan
milyonlarla ağac bitir.
Tutuquşu ilə ağ ayının, kaktusla dibçək gülünün yaşayış
mühitini müqayisə edin. Onların hər birinin yerini dəyişsəniz,
nə baş verər?
Canlılar təbiətin bir hissəsidir. Onlar suya, qidaya,
sığınacağa ehtiyaclarını təmin edən mühitlərdə
yaşayır və o mühitin əlamətlərini qazanırlar.