tapşırıqlar
Cansız təbii varlıqları seçin və fikrinizi əsaslandırın.
Canlı və cansız təbii varlıqlar arasında hansı bağlılıq var?
Müzakirə edin.
Sinifdə iki dibçəkdən birində
toxum, digərində isə daş əkək.
Sulayaq və bir neçə gün gözləyək.
Nəticə əsasında hansının
canlı, hansının cansız varlıq
olduğunu müəyyənləşdirək.
Canlı təbiətin yaşamaq
üçün cansız varlıqlara
ehtiyacı var.
Canlı varlıqlara aid hansı xüsusiyyətlər cansız varlıqlarda
yoxdur?