1-ci mərhələ. Qruplara bölünün. “Nəsli kəsilməkdə olan heyvanlar”, “Nəsli
kəsilməkdə olan quşlar”, “Nəsli kəsilməkdə olan bitkilər” mövzusunda əvvəlcədən
topladığınız şəkilləri və informasiyaları birlikdə müzakirə edin.
2-ci mərhələ. Seçilən şəkilləri kəsərək əvvəlcədən müəyyən edilmiş dəftərə
səliqə ilə yapışdırın.
3-cü mərhələ. Şəkillərin mətnlə birlikdə təqdim edilməsinə çalışın. Hazırladığınız
dəftərə mətnlərin üzü də köçürülə bilər. Mətni seçərkən onun yığcam,
dolğun olmasına və əsas məlumatı əks etdirməsinə diqqət yetirin.
4-cü mərhələ. Kitabda özünüzün çəkdiyiniz şəkilləri də yapışdırın.
5-ci mərhələ.Hazırladığınız kitabı sinifdə nümayiş etdirin. Kitaba daxil etdiyiniz
canlılar haqqında məlumat verin və nə üçün məhz onları seçdiyinizi
izah edin.