Şəkillərdə gördüklərinizdən hansılar çöl quşlarıdır? Nə
üçün belə hesab edirsiniz?
Şəkillərdə gördüklərinizdən hansılar ev heyvanlarıdır?
BİRLİKDƏ EDƏK
Məktəbin həyətində ətrafı müşahidə
edək. Gördüyümüz varlıqların
adını müşahidə vərəqinə
yazaq və fərqləndirməyə çalışaq.
At insanın əhliləşdirdiyi ilk
vəhşi heyvanlardan biridir.
İlk at çox balaca olub, itə
bənzəyib. Hətta yırtıcılardan
qorunmaq üçün alçaq kolluqlarda
belə gizlənə bilib.
İnsan, bitki və heyvanlar canlıdırlar. Heyvanlar vəhşi və
ev, bitkilər mədəni və yabanı olmaqla, iki yerə bölünür.