1-ci mərhələ. Qruplara bölünün. Hər qrup öz rəhbərini seçsin.
2-ci mərhələ. Müzakirə edərək qrupunuzun hazırlayacağı qəzetdə təqdim
edəcəyiniz məlumatları müəyyənləşdirin.
3-cü mərhələ. Əvvəlcədən hazırladığınız şəkillər arasından qəzetdə təqdim
etmək istədiyiniz ən maraqlı şəkilləri seçin və sıralayın.
4-cü mərhələ. Şəkilləri yapışdırın və Vətən müharibəsində işğaldan azad
edilmiş ərazilərin adını qırmızı qələmlə qəzetdə qeyd edin.
5-ci mərhələ.Vətən müharibəsinin başlandığı və bitdiyi tarixi, bu müharibədə
torpaqlarımız uğrunda şəhid olanların sayını qəzetdə yazın. Hazır olan qəzeti
sinifdə nümayiş etdirin.