tapşırıqlar
Gördükləriniz haqqında kiçik mətnlər qurun. Şəkillərdə təsvir
edilənlərin düzgün və ya yanlış olduğunu müəyyən edin.
Siz ətrafınızda hansı yanlış davranışlarla qarşılaşırsınız?
Onların yanlış olduğunu nədən bilirsiniz?
Ətrafımızdakı insanların
yanlış hesab etdiyimiz davranışlarını
seçək və lövhəyə
yazaq.
Yalan danışan insan daha çox
əziyyət çəkir. Çünki dediyi
yalanı həm də yadda saxlamalıdır
ki, aldatdığı üzə çıxmasın.
Yanınızda başqa birinə qarşı yanlış rəftar edildiyini görsəniz,
nə edərdiniz?
İnsanlarda həm yaxşı, həm də xoşagəlməz
xüsusiyyətlər ola bilər. Yanlış davranışları aradan
qaldırmaq hər birinizin öz əlindədir.