tapşırıqlar
Səxavətli olmaq nə deməkdir və o nə üçün yaxşı xüsusiyyət
hesab edilir?
Sizə qayğı göstərən hansı insanları tanıyırsınız? Sadalayın.
Böyüklərə hörmət etdiyinizi hansı hərəkətlərinizlə hiss
etdirə bilərsiniz?
Bənzəmək istədiyimiz nağıl
qəhrəmanının şəklini çəkək
və hansı xüsusiyyətinə görə
ona oxşamaq istədiyimizi
bildirək.
Azərbaycanın ən səxavətli
insanlarından biri Nabat
xanım Aşurbəyli idi. O, şollar
su kəmərinin çəkilməsinə,
kasıbların müalicəsinə çoxlu
pul xərcləmiş, məscid tikdirmişdir.
Həyatınızda baş vermiş və sizin hansısa yaxşı xüsusiyyətinizi
göstərən bir hadisə danışın.
Hər kəs istəsə, özündə yaxşı xüsusiyyətlər tərbiyə
edə bilər.