İnsanı dəyərli edən ondakı müsbət xüsusiyyətlərdir.
Mehriban, qayğıkeş, mərhəmətli insanların arasında
yaşamaq daha gözəldir.
1. Şəkillər haqqında danışın.
2. Sizcə, onlarda insanın hansı
mənəvi xüsusiyyətləri təsvir
edilib?
3. Bu xüsusiyyətləri bir
sözlə necə adlandırmaq olar?
4. Hansı hərəkətləri edən insanlar vətənsevər
adlandırıla bilər?
5. İnsan hansı yaxşı
xüsusiyyətlərə malik olarsa, cəmiyyətə xeyir
verə bilər?
6. Özünüzdə bu xüsusiyyətlərdən
hansının olduğuna əminsiniz?
YADDAŞ
KARTI
Vətənsevərlik insana
ucalıq gətirən ən gözəl
xüsusiyyətdir.